“Real”ın Bellinqem planı

“Real”ın Bellinqem planı

Cud Bellinqemin “Real”a keçidi Çempionlar Liqasının finalından sonra rəsmiləşə bilər. İspaniya klubu yarımmüdafiəçinin nümayəndələri ilə dəfələrlə danışıqlar masasına əyləşib.

Dortmund “Borussiya”sının ingiltərəli futbolçusu ilə uzun müddətli müqavilə imzalanacaq. Anlaşmanın 5-6 illik olması nəzərdə tutulub.

Bellinqemə yüksək maaş vəd olunub. O, Tibo Kurtua və Vinisius Juniordan bir az aşağı qazanc əldə edəcək.

Qeyd edək ki, 19 yaşlı futbolçu cari mövsümün 39 oyununda 11 qol və 6 assistə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

“Arsenal” hücumçu axtarışında

Növbəti yazı

350-ci qələbə