“Real”ın Alaba planı

“Real”ın Alaba planı

“Real”da ciddi itki yaşanıb. David Alaba zədələnib.

Futbolçunun La Liqanın “Vilyarreal”la oyununda (4:1) dizinin çarpaz bağları qopub. O, əməliyyat olunacaq və AVRO-2024 də daxil olmaqla mövsümün qalan hissəsini buraxa bilər.

Klub onun yerinə yanvarda müdafiəçi ala bilər. “Real” ilkin olaraq qış transfer pəncərəsində oyunçu almağı planlaşdırmasa da, Alabanın zədələnməsi klubun planlarını dəyişib. Yaxın vaxtlarda “Real” rəhbərliyi müdafiə xəttini dərhal gücləndirmək üçün müxtəlif variantları nəzərdən keçirəcək.

ETOPAZ

Əvvəlki yazı

Çempionlar Liqasında 1/8 final cütləri

Növbəti yazı

“Qarabağ” “Braqa” ilə qarşılaşacaq