“Real”dan Bellinqem qərarı

“Real”dan Bellinqem qərarı

“Real” Dortmund “Borussiya”sının gənc ulduzu Cud Bellinqemi ilə bağlı qərarını verib. İspaniya nəhəngi 19 yaşlı ingiltərəlini almaq fikrindən daşınıb.

Bu, iki məqamla bağlıdır. Klub rəhbərliyi gənc oyunçunun ulduzlardan ibarət heyətdə adaptasiya olacağına əmin deyil. Həm də “Borussiya”nın tələb etdiyi 100 milyon avrodan artıq vəsaitin ödənilməsi madridlilərin planlarına ziddir.

Lakin Cudun yayda “Real”a keçməsi də mümkündür. Bu, yalnız o halda gerçəkləşəcək ki, yarımmüdafiəçinin özü digər komanda deyil, məhz “Kral klubu”na keçmək istədiyini açıqlasın.

Cudun xidmətində “Mançester Siti” və “Liverpul” da maraqlıdır.

ETOPAZ

Əvvəlki yazı

“Bavariya”nın hücum planı

Növbəti yazı

“Miluoki”də ciddi itki