“Real” PSJ-ni keçməsə, Ançelottini göndərəcək

“Real” PSJ-ni keçməsə, Ançelottini göndərəcək

Madrid “Real”ı baş məşqçisi Karlo Ançelottini istefaya göndərə bilər. İspaniya klubu Çempionlar Liqasında 1/8 final səddini adlaya bilməsə, çalışdırıcı ilə vidalaşacaq.

PSJ ilə səfərdəki ilk oyunda 0:1 hesabı ilə uduzan madridlilər artıq Ançelottiyə əvəzləyici də tapıb. İtaliyalı postundan qovulsa, onu Maurisio Poçettino əvəzləməlidir.

PSJ-nin argentinalı baş məşqçisi təkcə “Real” deyil, “Mançester Yunayted”in də hədəfindədir. 49 yaşlı mütəxəssis 2021-ci ilin yanvarında Paris təmsilçisinin baş məşqçisi təyin olunub.

ETOPAZ

Əvvəlki yazı

1960-cı ildən sonra ilk dəfə

Növbəti yazı

Opelkaya papağını çıxarmadığı üçün cərimə