Ranqnikin ilk transfer istəyi

Ranqnikin ilk transfer istəyi

“Mançester Yunayted” qış transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır. Bunu komandanın yeni baş məşqçisi Ralf Ranqnik istəyib.

Almaniyalı mütəxəssis ilk transferinin malili Amadu Aydar olması istəyi barədə klub rəhbərliyini məlumatlandırıb. “Leypsiq”in 23 yaşlı yarımmüdafiəçisinin qiyməti 40 milyon avrodur.

O, 2018-ci ildə “Zalsburq”dan Almaniya klubuna keçib. Onun keçidinin təşəbbüskarı məhz Ranqnik olub. 

ETOPAZ

Əvvəlki yazı

Milli komandada istefa

Növbəti yazı

Devis kubokunun formatı dəyişdirilir