Ramosdan ilk

Ramosdan ilk

Serxio Ramos ilk dəfə PSJ-nin ev oyununda meydana çıxıb. İspaniyalı müdafiəçi Liqa1-in XXI turunun “Brest”lə qarşılaşmasında şans qazanıb.

O, komandasının 2:0 hesabı ilə qalib gəldiyi görüşdə iştirak edib. Ramos 72-ci dəqiqədə Anxel di Mariyanı əvəzləyib.

Bu, Ramosun Fransa çempionatında üçüncü matçı olub. Bunadək iki səfər görüşündə meydana çıxan Serxio “Park de Prens”də ilk dəfə şans qazanıb.

Qeyd edək ki, yayda “Real”la müqavilə bitən 35 yaşlı futbolçu PSJ-yə azad agent kimi keçib.

ETOPAZ

Əvvəlki yazı

“Bruklin”in hücumçusu zədələndi

Növbəti yazı

Barti üçün iki təhlükə: Sobolenko və Kreyçikova