Radukanudan erkən vida

Radukanudan erkən vida

“US Open”in qalibi Emma Radukanu İndian-Uellsdəki turnirlə erkən vidalaşıb. Mübarizəyə ikinci mərhələdən başlayan 18 yaşlı böyük britaniyalı Aleksandra Sasnoviçlə görüşüb.

Emma bu qarşılaşmada 2:6, 4:6 hesabı ilə uduzub. Bu, tennisçinin “US Open”dəki qələbədən sonra ilk matçı olub.

Radukanu Moskva, Kluj-Napoka və Lintsdəki turnirlərdə də qüvvəsini sınayacaq. Dünyanın 100-cü raketkası olan Sasnoviç karyerasında 4-cü dəfə “Top-50”dən olan rəqibini məğlub edib.

ETOPAZ

Əvvəlki yazı

Azərbaycan güləşçisi dünya çempionu oldu

Növbəti yazı

Klublararası dünya çempionatı təxirə salınır