Rəşad Sadıqov: “Matça pozitiv köklənmişik”

Rəşad Sadıqov: “Matça pozitiv köklənmişik”

Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı “Zirə” Konfrans Liqasının II təsnifat mərhələsində İsrail klubu “Makkabi” (Təl-Əviv) ilə görüşəcək. Sabah baş tutacaq ilk oyun öncəsi Bakı təmsilçisinin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı təşkil olunub.

40 yaşlı mütəxəssis matç barədə fikirlərini açıqlayıb:

“Püşk “Makkabi”ni qismətimizə gətirdi. Uzun zamandır hazırlaşırıq. Bunu sırf Konfrans Liqasına yox, eyni zamanda çempionat üçün qurulub. Komandanın oyuna köklənməsindən çox razıyam. İlk oyunda ideal formada olmağımızı düşünmək doğru olmaz. Matça, nəticəyə pozitiv köklənmişik. Onların oyununu canlı izləmək istədim. Toplanışdan çox məlumat toplamaq olmur. Rəqibin baş məşqçisi də dəyişmişdi. Öyrəndikdə ki, komandanın kubok oyunu var, canlı görmək istədim. Bu səfər çox səmərəli keçdi. Heyətlərində zədəli oyunçular var, yeni transferlər ediblər. Bu səfərin nə qədər yararlı olub-olmadığını zaman göstərəcək.

Sadıqov ayrı-ayrı oyunçuların durumundan da danışıb: “Futbolçunun 2-3 mövqedə oynamağı bacarması hər məşqçinin arzusudur. Rəhim Sadıqov də universaldır, hər bir taktiki sxemə uyğundur. Rüstəm Əhmədzadə gənc, perspektivli futbolçudur. “Qarabağ”da hücum xəttində rəqabət böyükdür. Rüstəm “Qarabağ”a keçməzdən əvvəl də onu transfer etmək istəmişdim. Həmin vaxt menecerləri demişdi ki, Azərbaycanda yalnız “Qarabağ”da oynaya bilər. Rüstəm də universal futbolçudur. Mövsümboyu ondan müxtəlif mövqelərdə, daha çox hücumçu kimi yararlanacağıq”.

ETOPAZ

Əvvəlki yazı

Morata üçün 20 milyon

Növbəti yazı

De Yonq “Çelsi” yolunda