Qurban Qurbanov: “Qarşımızda çox istəkli rəqib olacaq”

Qurban Qurbanov: “Qarşımızda çox istəkli rəqib olacaq” 

Avropa Liqasında qrup mərhələsi sona çatır. Sabah “Qarabağ” “Hakken”i qəbul edəcək.

Matçdan öncə ağdamlıların çalışdırıcısı Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Futbolçularım demək olar ki, tam hazırdırlar. Çox yaxşı hazırlıq keçiblər. Sadəcə rəqibin də, bəzi müsahibələrindən görürük ki, oyuna çox ciddi yanaşırlar. Qrupu xalsız tərk etmək istəmirlər. Ona görə də, bunu biz nəzərə almalıyıq ki, qarşımızda çox istəkli rəqib olacaq. İnanıram ki, həm psixoloji, həm taktiki cəhətdən futbolçularım oyuna tam hazır olacaqlar. Ən düzgün və ən ağıllı oyunlarını oynamağa cəhd edəcəklər. Oyunçularıma inanıram. Oyuna kimi futbolçularımıza daha ətraflı məlumat verəcəyik və bəzi tam işləmədiyimiz detalları bu gün, sabah tam ətraflı çalışacağıq”.

ETOPAZ

Əvvəlki yazı

AFFA klubları cəzalandırdı

Növbəti yazı

Marko Yankoviç: “Sabah bizi çətin oyun gözləyir”