Qurban Qurbanov: “Hədəfimiz Çempionlar Liqasına vəsiqə qazanmaqdır”

Qurban Qurbanov: “Hədəfimiz Çempionlar Liqasına vəsiqə qazanmaqdır”

Çempionlar Liqasında pley-off mərhələsinə start verilir. “Qarabağ” səfərdə “Dinamo”nun qonağı olacaq.

Zaqrebdəki matçdan öncə ağdamlıların çalışdırıcısı Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Dinamo” kimi böyük tarixə malik komanda ilə oynadığımız üçün çox şadam. Rəqib komandanın əla azarkeşləri var. Bizi çox yaxşı oyun gözləyir. Bizim hədəfimiz Çempionlar Liqasına vəsiqə qazanmaqdır. Zaqrebə ilk addımı atmaq arzusu ilə gəlmişik. Heyətdə zədəli futbolçular olmasına baxmayaraq, oyuna hazırıq. Onlarsız belə uğurlu nəticə qazanmaq üçün keyfiyyətli oyunçularımız var”.

ETOPAZ

Əvvəlki yazı

Son çempiona yeni müştəri

Növbəti yazı

Messi Argentina yığmasına dəvət almadı