Qurban Qurbanov: “Futbolçulara inanıram”

Qurban Qurbanov: “Futbolçulara inanıram”

“Qarabağ” sabah avrokuboklarda növbəti oyununu keçirəcək. Konfrans Liqasının qrup mərhələsinin III turunun Qazaxıstan “Kayrat”ı ilə görüşü ərəfəsində Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutub. 49 yaşlı mütəxəssis ev oyunu barədə fikirlərini açıqlayıb:

“Hamımız bu oyuna ciddi hazırlaşmışıq. Oyundan-oyuna məsuliyyət daha da çoxalır. Qrupdakı hər xalın sonda bizə çox böyük köməyi dəyə bilər. “Kayrat” matça çox ciddi yanaşır. Onların “Bazel”lə oyununa baxmışam. Hesabı kənara qoyaq. Bu bizi aldada bilər. İsveçrə komandasına qarşı yaxşı oynadılar. Rəqibin təcrübəli futbolçuları var. Qalib gəlmək üçün əvvəlki matçlardan daha istəkli olmalıyıq. Hər şeyə əl atacağıq. Futbolçulara inanıram. Onların özlərini yaxşı tərəfdən göstərəcəyini bilirəm. Rəqib müdafiə futbolu oynayır və əks-hücumlara çıxır. Biz topun sürətini artırmalıyıq. Mütləq səbirli olmalıyıq. Hər komandanın istənilən rəqibə qalib gəlmək potensialı var. Sonadək hər dəqiqə diqqətli olmalıyıq. Bəzən rəqib də bizim düşünmədiyimizi meydanda edir. Bunlara hazır olmaq lazımdır. Ağıllı müdafiə olunmağı bacarmalıyıq. Oyunun tempini qaldırmağa çalışacağıq”. 

ETOPAZ

Əvvəlki yazı

Messi Ronaldonun rekordunu təkrarladı

Növbəti yazı

Lebron Ceymsdən yeni rekord