Qreq “Miluoki”ni seçdi

Qreq “Miluoki”ni seçdi

“Miluoki” heyətinə yeni basketbolçu qatacaq. Azad agent Qreq Monro ilə 10 günlük müqavilə imzalanacaq.

31 yaşlı mərkəz oyunçusu bir neçə təklif alsa da, “Baks”a üstünlük verib. O, cari mövsümdə artıq iki klubun formasını geyinib.

Qreq “Minnesota”da üç, “Vaşinqton”da iki matçda iştirak edib. O, “Timbervulvz”da 6,7 xal, 7,0 ribaund və 3,7 ötürmə, “Uizard”da 4,0 xal, 5,0 ribaund və 0,5 ötürmə ilə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

Dörd ildən sonra finalda

Növbəti yazı

“Çelsi”dən Arauxoya ikiqat maaş təklifi