Qonaq komandaların azarkeşlərinə “yaşıl işıq”

Qonaq komandaların azarkeşlərinə “yaşıl işıq”


UEFA bayrağı altında keçirilən oyunlarda qonaq komandaların azarkeşlərinin iştirakına qoyulan qadağa ləğv edilib. Bu, avrokuboklar və milli komandaların matçlarına şamil olunur. Qadağanın ləğvi gələn həftədən qüvvəyə minəcək. Lakin azarkeşlər səfər zamanı koronavirus pandemiyası ilə bağlı məhdudiyyət və digər qaydalara əməl etməlidir.
Xatırladaq ki, UEFA avrokubokların təsnifat mərhələlərində yalnız yerli azarkeşlərin iştirakına icazə vermişdi.

ETOPAZ

Əvvəlki yazı

Bundestimdə yeni baş məşqçi

Növbəti yazı

Plişkova Uilyamsın rekorduna yaxınlaşdı