Qodinlə yeni müqavilə

Qodinlə yeni müqavilə


Uruqvay millisinin futbolçusu Dieqo Qodin “Kalyari” ilə yeni müqavilə imzalayacaq. 35 yaşlı müdafiəçi ilə A seriyası təmsilçisi arasında müvafiq razılıq əldə olunub. Tərəflər əvvəlki anlaşmanı daha bir il müddətinə uzadacaq. Arxa xətt oyunçusu 2024-cü ilin yayına qədər İtaliya klubunda qalacaq. Bir neçə klubdan təklif alan Qodinin başqa komandaya keçəcəyi gözlənilirdi. Lakin cənubi amerikalı Sardiniya təmsilçisində qalmağa üstünlük verib.
Xatırladaq ki, Dieqonun əvvəlki müqaviləsi 2023-cü ilin yayında başa çatmalı idi.

ETOPAZ

Əvvəlki yazı

“US Open”də 18 yaşlı 1/4 finalçı

Növbəti yazı

“Klippers”də ayrılıq