Qnabri “Bavariya”nın təklifini rədd etdi

Qnabri “Bavariya”nın təklifini rədd etdi

Serj Qnabri “Bavariya”nın yeni müqavilə təklifini geri çevirib. Hücumçu Münhen klubu ilə müqaviləni yeniləməkdən imtina edib.

Ona illik 19 milyon avroya qədər maaşla yeni sözləşmə təklif olunub. “Bavariya” rəhbərliyi edilən təklifi təkmilləşdirmək fikrində deyil. Tərəflərin danışıqları davam etdirmək planları yoxdur. Qnabrinin “Bavariya” ilə hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır.

ETOPAZ

Əvvəlki yazı

Bremer “Tottenhem”in hədəfində

Növbəti yazı

Millimiz Qazaxıstanda məğlub oldu