Qauffun ilk fiaskosu

Qauffun ilk fiaskosu

Dünyanın 7-ci raketkası Kori Qauff Billi Cin Kinq kubokunda məğlub olub. O, Katerina Sinyakovaya uduzub – 6:7, 1:6.

Bu, 18 yaşlı amerikalının ardıcıl 5-ci məğlubiyyətidir. O, Qvadalaxarada 1/4 finalda uduzduqdan sonra ilin yekun turnirində qrupdakı hər üç qarşılaşmada yenilib.

Kori karyerasında ilk dəfə ardıcıl 5 məğlubiyyət alıb. Bu seriyaya qədər amerikalı üçdən artıq matçda uduzmamışdı.

ETOPAZ

Əvvəlki yazı

Premyer Liqada Azərbaycan “11-liy”i

Növbəti yazı

“Bavariya”da müqavilə