“Qarabağ”la “Neftçi” irəlilədi, “Çelsi” zirvədə

“Qarabağ”la “Neftçi” irəlilədi, “Çelsi” zirvədə

İFFHS klubların dünya reytinqini açıqlayıb. Cədvəldə Azərbaycanın iki klubu yer alıb.

302 klubun daxil edildiyi siyahıda ölkəmizi “Qarabağ” və “Neftçi” təmsil edir. Hər iki komanda irəliləyişə nail olub. Aktivində 136 xal olan Ağdam təmsilçisi dünyanın ilk “100-lüy”ünə düşüb. Qurban Qurbanovun kollektivi 106-cı yerdən 99-cu pilləyə yüksəlib. “Qarabağ” “Mamelodi Sundouns” (Cənubi Afrika) və “Bayer”lə (Almaniya) bu yeri bölüşür.

“Neftçi” isə 16 pilləlik sıçrayış edərək, 221-ciliyə yüksəlib. “Ağ-qaralar”ın aktivində 87 xal var. Bakılılar “Kolon Santa Fe”, “Nyuells Old Boys” (hər ikisi Argentina) və “Dandolk”la (İrlandiya) eyni reytinqə malikdir.

Reytinqə “Çelsi” başçılıq edir. İngiltərə təmsilçisinin aktivində 305 xal var. Braziliya klubları “Atletiko Mineyro” (304) ilə “Palmeyras” (296 xal) mövqelərini dəyişərək, müvafiq olaraq 2-3-cü yerlərdə qərarlaşıblar. Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su reytinqdə 2 addım geriləyib. Xorvatiya klubu 233 xalla 8-cidir.

1 (1). “Çelsi” (İngiltərə) – 305

2 (3). “Atletiko Mineyro” (Braziliya) – 304

3 (2). “Palmeyras” (Braziliya) – 296

4 (5). “Flamenqo” (Braziliya) – 281

5 (10). “Liverpul” (İngiltərə) – 277

6 (4). “Mançester Siti” (İngiltərə) – 264

7 (7). PSV (Niderland) – 257

8 (6). “Dinamo” (Zaqreb, Xorvatiya) – 233

9 (10). “Atletiko Paranaense” (Braziliya)  – 232

10 (24). “Braqantino” (Braziliya) – 231 10 (12). “Benfika” (Portuqaliya) – 231

ETOPAZ

Əvvəlki yazı

Nkunkuya yeni təklif

Növbəti yazı

Mane “Barselona”nın hədəfində