“Qarabağ”la “Neftçi” dünyanın ən yaxşı klubları arasında

“Qarabağ”la “Neftçi” dünyanın ən yaxşı klubları arasında

Dünyanın ən yaxşı klublarının siyahısı açıqlanıb. İFFHS-in 2021-ci ilin yekunlarına əsasən tərtib etdiyi cədvəldə planetin 404 klubu yer alıb.

Dünyanın ən yaxşıları sırasında “Qarabağ”la “Neftçi” də var. Ağdamlılar 105-ci yerə şərikdir. Qurban Qurbanovun yetirmələri “Malmö” və “Ferensvaroş” kimi 133 xala malikdir. Bir il əvvəl 147-ci olan “Qarabağ” 42 pillə irəliləyib.

“Neftçi” isə 263-cü yeri bölüşür. “Başakşəhər” və “Elfsborq” kimi bakılıların da 78,5 xalı var. Bir il əvvəl 543-cü olan Samir Abasovun yetirmələri 280 pillə irəliləyib.

Dünyanın ən yaxşısı isə “Palmeyras” olub. “Atletiko Mineyro” ikincidir. Avropanın ən yaxşısı “Mançester Siti” cədvəldə üçüncüdür.

1. “Palmeyras” (Braziliya) – 322

2. “Atletiko Mineyro” (Braziliya) – 313

3. “Mançester Siti” (İngiltərə) – 300

4-5. “Çelsi” (İngiltərə) – 289

4-5. “Flamenqo” (Braziliya) – 289

6. “Dinamo” (Xorvatiya) – 282

7. “Bavariya” (Almaniya) – 271

8. “Real” (İspaniya) – 262

9. “Ayaks” (Niderland) – 261

10. “Atletiko Paranaense” (Braziliya) – 252

ETOPAZ

Əvvəlki yazı

“Mançester Yunayted” “Liverpul”a çatdı

Növbəti yazı

“Kinqz”in planları