“Qarabağ”ın potensial rəqibləri bəlli oldu

“Qarabağ”ın potensial rəqibləri bəlli oldu

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki mümkün rəqibləri müəyyənləşib. Bu, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmadan sonra bəlli olub.

II təsnifat mərhələsində “Linkoln”la qarşılaşacaq Azərbaycan çempionu Cəbəllütariq təmsilçisini mübarizədən kənarlaşdırsa, “Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” Minsk (Belarus) cütünün qalibi ilə üz-üzə gələcək. “Linkoln” – “Qarabağ” duelinin qalibi ilk görüşü evdə keçirəcək. Bu mərhələnin qarşılaşmaları avqustun 6-7-də və 13-də baş tutacaq.

Qeyd edək ki, “Qarabağ”ın “Linkoln”la matçları iyulun 23-də və 30-da keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Millimiz 29-cu pillədə

Növbəti yazı

Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atıldı