“Qarabağ”dan əzmkar qələbə, derbidə sülh

“Qarabağ”dan əzmkar qələbə, derbidə sülh

Azərbaycan kubokunda yarımfinal mərhələsi start götürüb. Bu gün ilk oyunlar çərçivəsində iki matç keçirilib.

Qəbələdə şəhərin eyniadlı komandası “Qarabağ”ı qəbul edib. Meydan sahibləri oyuna Asif Məmmədovun müəllifi olduğu erkən qolla başlayıb. Lakin Premyer Liqanın lideri fasiləyədək hesabda tarazlıq yaradıb. İsmayıl İbrahimli fərqlənib.

Qarşılaşmanın taleyi son dəqiqələrdə həll olunub. Öncə İbrahima Vadji, ardınca penaltidən Kadi Borqes meydan sahiblərinin qapısına yol tapıb. Bununla da Qurban Qurbanovun yetirmələri səfərdə 3:1 hesablı əzmkar qələbə qazanıb.

Günə Bakı derbisi ilə yekun vurulub. “Zirə” öz meydanında “Neftçi”ni qəbul edib.

Paytaxt klublarının dueli qarşılıqlı hücumlarla keçib. Lakin komandalardan heç biri rəqib qapısına yol tapa bilməyib.

Qeyd edək ki, cavab oyunları aprelin 29-da baş tutacaq.

ETOPAZ

Əvvəlki yazı

Di Mariyaya Portuqaliyadan təklif

Növbəti yazı

Pley-offda legioner rekordları