“Qarabağ” yenə irəlilədi

“Qarabağ” yenə irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya klublarının yeni reytinqini dərc edib. IFFHS-nin tərtib etdiyi siyahıda Azərbaycanın 2 təmsilçisi yer alıb.

Azərbaycan çempionu “Qarabağ” ötən aya nisbətən 9 pillə irəliləyib. Hesabında 164,75 xal olan Ağdam klubu 61-ci yerdə qərarlaşıb.

Azərbaycanın digər təmsilçisi “Neftçi” 60,75 xalla 378-ci pillədə yer alıb. “Ağ-qaralar” ötən aya nisbətən 20 pillə irəliləyiblər.

Qeyd edək ki, reytinqə UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (385 xal) başçılıq edir. “Real” (313 xal) ikinci, “İnter” (307 xal) üçüncü pillədə yer alıb.

ETOPAZ

Əvvəlki yazı

PSJ-də ayrılıq

Növbəti yazı

Arveladzedən istefa