“Qarabağ” – “Malmö” oyununda 3 qol

“Qarabağ” – “Malmö” oyununda 3 qol

Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib. Qurban Qurbanovun yetirmələri Avropa Liqasının Liqa mərhələsinin II turunun matçına çıxıblar.

Ağdam təmsilçisi əsas raunddakı ilk ev görüşündə “Malmö”nü qəbul edib. Görüşdə hesabı Olavio Juninyo açıb.

Bu, “Qarabağ”ın Liqa mərhələsində ilk qolu olub. Juninyo isə avrokuboklarda Ağdam klubu ilə 13-cü qoluna imza atıb.

Amma Azərbaycan çempionu üstünlüyünü qoruya bilməyib. Qonaqlar ilk yarıda hesaba tarazlıq gətiriblər. Fasilədən dərhal sonra isə İsveç klubu daha bir qol vurub. Hər iki topa Erik Botheym imza atıb.

Beləliklə, “Malmö” 2:1 hesablı qələbə qazanıb. İlk turda “Tottenhem”ə 0:3 hesabı ilə uduzan “Qarabağ” Liqa mərhələsində ikinci məğlubiyyətini alıb.

ETOPAZ

Əvvəlki yazı

Mbappe milliyə yollanmayacaq

Növbəti yazı

“Qalatasaray”dan xal itkisi