“Qarabağ” Fransadan xalsız dönür

“Qarabağ” Fransadan xalsız dönür

Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçirilib. Təmsilçimiz “Qarabağ” da növbəti görüşünə çıxıb.

Ağdamlılar Fransada “Nant”la qarşılaşıb. Komandamız matça fəal başlayıb. Lakin meydan sahibləri oyunu bərabərləşdirə bilib. Fransa təmsilçisi ilk hissədə hesabı açıb. “Qarabağ”ın buna cavabı ikinci yarıda gəlib. Filip Ozobiç penaltini dəqiq yerinə yetirib – 1:1. Görüşün sonlarında “Nant” qələbə topunu vurmağı bacarıb. Oyunun əsas vaxtına artırılmış 4-cü dəqiqədə İqnatius Qanaqo fərqlənib – 2:1.

ETOPAZ

Əvvəlki yazı

Tim mövsümü başa vurdu

Növbəti yazı

Qurban Qurbanov: “Bunu reallaşdıra bilməməyimizə üzülürəm”