“Qəbələ” yarımfinalda

“Qəbələ” yarımfinalda

Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulur. Son oyun günündə “Qəbələ” “Araz-Naxçıvan”ı qəbul edib.

Görüş meydan sahiblərinin üstünlüyü ilə keçib. “Qırmızı-qaralar” 39-cu dəqiqədə hesabı açıb. Osama Xalayla fərqlənib. Çox keçmədən Urfan Abbasov adını tabloya yazdırıb – 2:0.

İlk matçda 1:1 hesablı heç-heçə qeydə alındığından “Qəbələ” yarımfinala yüksəlib. Komandanın buradakı rəqibi “Zirə” olacaq.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 10.02.2024

Növbəti yazı

“Qarabağ”ın rəqibi “Neftçi” oldu