“Qəbələ” avrokuboklarla vidalaşdı

“Qəbələ” avrokuboklarla vidalaşdı

“Qəbələ” avrokuboklarda mübarizəni dayandırıb. Azərbaycan kubokunun qalibi Konfrans Liqasının II təsnifat mərhələsini adlaya bilməyib.

Qəbələdə Kipr “Omoniya”sına 2:3 hesabı ilə uduzan Elmar Baxşıyevin yetirmələri səfərdə sensasiya edə bilməyib. Meydan sahiblərinin daha inamlı oynadığı cavab qarşılaşmasında da Kipr təmsilçisi qələbə qazanıb – 4:1. Ahmed Ayzayanın qolu yalnız təsəlli xarakteri daşıyıb.

Qeyd edək ki, “Qəbələ” cari mövsümdə avrokuboklarla vidalaşan ilk təmsilçimiz olub.

ETOPAZ

Əvvəlki yazı

Bakı klubu üçün “Partizan”

Növbəti yazı

“Neftçi” “Jelezniçar” səddini keçdi