“Qəbələ”də ayrılıq

“Qəbələ”də ayrılıq

“Qəbələ” ukraynalı futbolçusu Zurab Oçiqava ilə yollarını ayırıb. Bunu klubun mətbuat xidməti açıqlayıb.

29 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2023-ci ilin iyulundan “Qəbələ”də çıxış edən Zurab “qırmızı-qara” formada 24 matç keçirib. O, Premyer Liqada 21, Azərbaycan kubokunda 3 oyunda iştirak edib.

ETOPAZ

Əvvəlki yazı

Millimizin ilkin heyəti açıqlandı

Növbəti yazı

”Qarabağ”ın rəqibləri bəlli oldu