PSJ Konte ilə danışıqlara başladı

PSJ Konte ilə danışıqlara başladı

Fransanın PSJ klubu baş məşqçi postuna namizədlərdən biri ilə danışıqlara start verib. Çempionlar Liqası ilə vidalaşdıqdan sonra Maurisio Poçettinonu göndərmək niyyətində olan Paris təmsilçisi Antonio Konteni gətirməyi planlaşdırır.

“Tottenhem”i çalışdıran italiyalı mütəxəssislə danışıqlar da başlayıb. Onun İngiltərə klubu ilə müqaviləsindəki bəndə əsasən mövsümün sonunda London təmsilçisindən ayrılmaq hüququna malikdir.

Qeyd edək ki, Konte 2021-ci ilin noyabrından “Tottenhem”in baş məşqçisidir.

ETOPAZ

Əvvəlki yazı

“Böyük dəbilqə”lərdə yenilik

Növbəti yazı

“Liverpul”dan İtaliyaya