PSJ-dən Vinisiusa təklif

PSJ-dən Vinisiusa təklif

PSJ-nin “Real”ın futbolçusu Vinisius Juniorla danışıqlar apardığı üzə çıxıb. Fransa təmsilçisi təxminən yarım il müddətində braziliyalını razı salmağa çalışıb.

Vingerə ildə 40 milyon avroluq maaş da vəd olunub. Bundan əlavə, Vinisiusun müqavilə imzalamaq üçün böyük məbləğdə bonus da qazanmaq imkanı olub.

Amma futbolçu Madrid klubu ilə yeni anlaşma imzalamaq istəyir. Onun müqaviləsi 2026-cı və ya 2027-ci ilədək olacaq.

Vinisius “Real”da ilə 10 milyon qazanacaq. Onun sərbəstqalma qiyməti 1 milyard olacaq.

ETOPAZ

Əvvəlki yazı

Dembele “Çelsi”yə şərt qoydu

Növbəti yazı

Luniyə iki müştəri