Premyer Liqanın ən yaxşısı

Premyer Liqanın ən yaxşısı

İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı futbolçusu bəlli olub. Mükafata Erlinq Haland sahib çıxıb.

“Mançester Siti”nin futbolçusu azarkeşlər arasında səsvermədə qalib adını qazanıb. O, Kevin de Bruyne, Harri Keyn, Markus Reşford, Martin Edeqor, Bukayo Saka və Kiran Tripyeri qabaqlayıb.

Norveçli Premyer Liqadakı debüt mövsümündə bombardir olub. 22 yaşlı forvard 35 matçda 36 qola imza atıb.

ETOPAZ

Əvvəlki yazı

De Dzerbi “Tottenhem”ə “yox” dedi

Növbəti yazı

Tsitsipas və Timə dəvət