Premyer Liqada yeni rekord

Premyer Liqada yeni rekord

Premyer Liqada yeni rekord qeydə alınıb. Bu rekorda “Liverpul”un futbolçuları Məhəmməd Salah və Sadio Mane imza atıblar.

Onlar 29-cu dəfə eyni oyunda qol sevinci yaşayıblar. Bu, Premyer Liqanın XXI turunda baş verib. “Çelsi” ilə görüşdə (2:2) qolları afrikalılar vurublar.

Salahla Mane 29 qarşılaşmada birlikdə qol vuran ilk hücum tandemi olub. Onlar “Mançester “Yunayted”in əfsanəvi cütlüyü Bobbi Çarlton və Corc Besti arxada qoyublar. Sonuncular 1964-1972 illərdə 28 matçda qol vurmağı bacarıblar.

ETOPAZ

Əvvəlki yazı

Levandovski, Salah, Messi

Növbəti yazı

“Atletik”in hücumçusu icarəyə verildi