“Portlend”də yeni müqavilə

“Portlend”də yeni müqavilə

“Portlend” heyətinə yeni basketbolçu qatıb. NBA təmsilçisi sabiq oyunçusu Kevin Noksla anlaşıb.

Hücumçu ilə bir illik müqavilə imzalanacaq. 24 yaşlı basketbolçu NBA-da 5 mövsüm keçirib.

O, karyerası ərzində 24,2 milyon dollar qazanıb. Noks dörd müxtəlif klubda forma geyinib.

“Nyu-York”, “Detroyt”, “Portlend” və “Atlanta”da çıxış etmiş basketbolçu ötən mövsümdə də NBA-da oynayıb. O, “Pistons” və “Bleyzers”in uğurları üçün çalışıb.

Hücumçu son mövsümdə 63 matça çıxıb. O, orta hesabla 6,6 xal, 2,8 ribaund və 0,5 ötürmə müəllifi olub.

ETOPAZ

Əvvəlki yazı

Alvares “Real”ın hədəfində

Növbəti yazı

Draksler “Əl Əhli”yə “yox” dedi