Paredes “Yuventus”un hədəfində

Paredes “Yuventus”un hədəfində

Leandro Paredes mövsümün sonunda PSJ-dən ayrıla bilər. Argentinalı futbolçu ilə “Yuventus” maraqlanır.

27 yaşlı yarımmüdafiəçinin müqaviləsi gələn yay başa çatır. Lakin parislilər onun üçün 20 milyon avrodan çox pul tələb edirlər.

İtaliya nəhəngi futbolçu ilə qeyri-rəsmi danışıqlar aparır. Paredes “Yuventus”a keçəcəyi təqdirdə ildə ən azı 7 milyon avro maaş alacaq.

ETOPAZ

Əvvəlki yazı

Liqa 1-də mövsümün oyunçusu adına namizədlər

Növbəti yazı

Mane Lempardın rekordunu təkrarladı