Panqos NBA klubuna keçdi

Panqos NBA klubuna keçdi


NBA-da yeni mövsümün startı ərəfəsində “Klivlend” heyətinə yeni basketbolçu qatıb. Kevin Panqos karyerasını “Kavalyers”də davam etdirəcək. 28 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb. Anlaşmanın dəyəri 3,5 milyon dollardır. Müqavilənin 1,67 milyon qiyməti olan ilk ili tamamilə təmin edilib.
Kanadalı basketbolçu ötən mövsümü Rusiya “Zenit”ində keçirib. O, Avroliqada hər oyuna orta hesabla 13,5 xal toplayıb. Panqos son 6 mövsümdə Avropa klublarında çıxış edib.

ETOPAZ

Əvvəlki yazı

Federerin rekordu təkrarlandı

Növbəti yazı

Almaniyadan Fliklə rekord