Palmer 2-ci oldu

Palmer 2-ci oldu

“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer xüsusi uğura imza atıb. Gənc futbolçu bu mövsüm ən çox qola töhfə verən ikinci ingiltərəli oyunçudur.

Lider “Aston Villa”nın hücumçusu Olli Uotkinsdir. Palmer bütün yarışlarda 20 qola töhfəsi (13 qol və 7 məhsuldar ötürmə), Uotkinsin isə 22 belə həmləsi var.

Ötən gün İngiltərə Liqa Kubokunun yarımfinalının “Midlsbro” ilə cavab oyununda “Çelsi” inamlı qələbə qazanıb – 6:1. Koul həmin görüşdə dubl edərək ikinci pilləyə yüksəlib.

ETOPAZ

Əvvəlki yazı

“Əl Nəsr” “Mançester Yunayted”in futbolçularını istəyir

Növbəti yazı

“Nottingem” “Ayaks”ın futbolçusunu istəyir