Osaka qələbə ilə qayıtdı

Osaka qələbə ilə qayıtdı

Dünyanın sabiq birinci raketkası Naomi Osaka təxminən 4 aylıq fasilədən sonra korta çıxıb. “Böyük dəbilqə” turnirlərinin dördqat çempionu Melburndakı yarışa start verib.

Yaponiyalı birinci mərhələdə Alize Korne ilə görüşüb. Naomi 6:4, 3:6, 6:3 hesabı ilə qalib gəlib.

Bu, Osakanın “US Open”dən sonra ilk sınağı olub. O, psixoloji problemlər üzündən ötən mövsümün sonunu buraxıb.

ETOPAZ

Əvvəlki yazı

Ranqniklə ilk məğlubiyyət

Növbəti yazı

“Qolden Steyt”də yeni müqavilə