Osaka karyerasını dayandırdı

Osaka karyerasını dayandırdı


Dünyanın üçüncü raketkası Naomi Osaka karyerasını dayandırıb. Bu qərarı tennisçinin özü açıqlayıb. “US Open”in son qalibi 3-cü mərhələdə 73-cü raketka Leyla Fernandesə uduzub – 7:5, 6:7, 4:6.
Naomi bu məğlubiyyətdən sonra mətbuat konfransında ağlayıb. O, belə durumda karyerasında fasilə verməyi zəruri hesab edib: “İndi elə mərhələdəyəm ki, nə ilə məşğul olmaq istədiyimi başa düşməyə çalışıram. Düzünü deyim ki, bir də korta nə vaxt çıxacağımı da bilmirəm. Karyeramda bir müddət fasilə etməliyəm. Son vaxtlar özümü xoşbəxt hiss edə bilmirəm”.

ETOPAZ

Əvvəlki yazı

20 yaşlı basketbolçu “Detroyt”un ən təcrübəlisi oldu

Növbəti yazı

Bekhem 3-cü liqa klubunda