Ons oyunu yarımçıq dayandırdı

Ons oyunu yarımçıq dayandırdı

Dünyanın 10-cu raketkası Ons Jaber Sidney turnirindəki çıxışını yarımçıq dayandırıb. O, 1/4 final matçını davam etdirə bilməyib.

Reytinqin yeddincisi Anett Kontaveytlə görüşən Ons ilk setdə 4:6 hesabı ilə uduzandan sonra oyunu dayandırıb.

Buna tunisli tennisçinin zədəsi səbəb olub. Kontaveyt isə yarımfinala yüksəlib. Onun rəqibi Barbora Kreyçikova olacaq.

ETOPAZ

Əvvəlki yazı

“Portlend”də ciddi itki

Növbəti yazı

“Sevilya” Karlosu satmadı