Olimpiya çempionu 1/4 finalda

Olimpiya çempionu 1/4 finalda


Olimpiya çempionu Belinda Bençiç “US Open”də 1/4 finala yüksəlib. Dünyanın 12-ci raketkası 1/8 finalda reytinqin 8-cisi olan İqa Şventeklə görüşüb. 2 saat 10 dəqiqə davam edən görüşdə Bençiç qalib gəlib – 7:6, 6:3. 1 saat 24 dəqiqə davam edən ilk setin tay-breki 14:12 hesabı ilə başa çatıb.
İsveçrəli tennisçi karyerasında 3-cü dəfə “Böyük dəbilqə”nin 1/4 finalına yüksəlib. O, 2014-cü və 2019-cu illərdə də “US Open”də buna nail olub.
Bençiç 1/4 finalda Şelbi Rocers və Emma Radukanu arasında qarşılaşmanın qalibi ilə görüşəcək.

ETOPAZ

Əvvəlki yazı

Bundestimdə yeni baş məşqçi

Növbəti yazı

Plişkova Uilyamsın rekorduna yaxınlaşdı