“Oklahoma”yla “Hyuston” arasında böyük dəyişiklik 

“Oklahoma”yla “Hyuston” arasında böyük dəyişiklik

“Oklahoma” və “Hyuston” 8 basketbolçunun iştirakı ilə oyunçu dəyişikliyi edəcək. Müdafiəçilər Teo Maledon və Tay Cerom, hücumçular Derrik Feyvorsla Mo Harkles “Rokets”ə keçəcək. 

Hyustonlular 2025-ci il draftının ikinci raundunun pikinə də sahib çıxacaq. Bu pik hazırda “Atlanta”ya məxsusdur.

“Tander” isə müdafiəçilər Trey Berk, Devid Nvaba, Sterlinq Braun və mərkəz oyunçusu Markiz Krisslə güclənəcək. “Oklahoma” iki istisna qazanacaq və ödənişlərini 10 milyon dollar azaldacaq.

ETOPAZ

Əvvəlki yazı

Cokoviçdən dördüncü quru set 

Növbəti yazı

Premyer Liqada ayın oyunçusu müəyyənləşdi