Neymar üçün 6,5 milyon avro

Neymar üçün 6,5 milyon avro


Braziliya millisinin futbolçusu Neymarın Fransa PSJ-si ilə müqaviləsinin bəndlərindən biri bəlli olub. Bu bənd ulduz hücumçuya ildə təxminən 6,5 milyon avro qazandırır. Bunun üçün cənubi amerikalı azarkeşlərlə münasibətdə və ictimaiyyət arasında nəzakət qaydalarına əməl etməlidir. 29 yaşlı hücumçu hər oyundan öncə və sonra tərəfdarları salamlamalı, onlarla münasibətlərə açıq olmalıdır. Neymar klubun qərarlarını, əməkdaşlarını, azarkeşləri və komanda taktikasını da tənqid etməməlidir. Bu şərtlərə əməl olunması braziliyalıya ayda 541680 avro qazandırır.
Xatırladaq ki, Neymar 2017-ci ildə “Barselona”dan PSJ-yə 222 milyon avroya keçib.

ETOPAZ

Əvvəlki yazı

Qodinlə yeni müqavilə

Növbəti yazı

1,3 milyon dollarlıq cəza