“Neftçi” yarımfinala yüksəldi

“Neftçi” yarımfinala yüksəldi

Azərbaycan kubokunda 1/4 final mərhələsinin növbəti matçı keçirilib. İkinci oyun günündə 1 görüş baş tutub.

“Sabah” “Neftçi”ni qəbul edib. İlk oyunda 1:1 hesablı sülhə razılaşan rəqiblər “Bank Respublika Arena”da üz-üzə gəlib. Qarşılıqlı hücumlarla keçən ilk yarıda hesab açılıb. 42-ci dəqiqədə “ağ-göylər”in heyətində Xuan Kamara fərqlənib – 1:0.

İkinci hissəyə daha istəkli başlayan “Neftçi” 61-ci dəqiqədə hesabı bərabərləşdirməyə nail olub. Emin Mahmudovun zərbəsi qarşısıalınmaz olub. Çox çəkməmiş, cəmi iki dəqiqə sonra Mahmudovun ötürməsini Ramon Maçado qolla tamamlayıb. Son çempion “Sabah” özünə gəlmədən hesab arasındaki fərqi 2 topa çatdırıb. 67-ci dəqiqədə Maçado dublunu rəsmiləşdirib. Hissənin ikinci yarısında meydanda vəziyyət qarışıb. Aleksey İsayev Eddi İsrafilovu çiyni ilə vuraraq yerə sərib. Ardınca Səlahət Ağayev Voislav Stankoviçi itələyib. Nəticədə baş hakim “Sabah”ın hər iki oyunçusuna və klubun çalışdırıcısı Murad Musayevə qırmızı vərəqə göstərib.

Beləliklə, “Neftçi” “Sabah”ı 3:1 hesabı ilə məğlub edərək yarımfinala yüksələn ikinci komanda olub. “Ağ-qaralar”a qədər buna “Qarabağ” nail olmuşdu.

Qeyd edək ki, 1/4 final mərhələsinin son oyunları sabah keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Traore komandanın məşqinə gəlmədi

Növbəti yazı

“Arsenal”da amerikalı qapıçı