“Neftçi” liderliyə yüksəldi

“Neftçi” liderliyə yüksəldi

Azərbaycan Premyer Liqasında 7-ci tura start verilib. İlk oyun günündə iki qarşılaşma baş tutub.

“Sabah” “Turan Tovuz”u qəbul edib. 4 qolun vurulduğu görüşdə meydan sahibləri qələbə qazanıb 3:1.

“Neftçi” isə “Səbail”in qonağı olub. İlk hissə qolsuz yekunlaşıb. İkinci yarıda “ağ-qaralar” iki qol vuraraq qalib gəlib – 2:0.

Qeyd edək ki, turun digər matçları ayın 17-18-də keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

17 yaşında ilk yarımfinalında

Növbəti yazı

Finalçılar müəyyənləşdi