“Neftçi” “Beşiktaş”la qarşılaşacaq

“Neftçi” “Beşiktaş”la qarşılaşacaq

“Neftçi”nin avrokuboklardakı növbəti rəqibi müəyyənləşib. Bakı klubu Konfrans Liqasının III təsnifat mərhələsinə “Beşiktaş”la görüşəcək.

İstanbul təmsilçisi II təsnifat mərhələsində “Tirana”nı mübarizədən kənarlaşdırıb. Ötən həftə evdə 3:1 hesabı ilə qalib gələn “qartallar” bu gün səfərdə də qələbə qazanıb – 2:0.

Türkiyə təmsilçisi ilə ilk matç avqustun 10-da, cavab görüşü 17-də baş tutacaq. “Neftçi” mərhələyə səfərdə başlayacaq.

Qeyd edək ki, bakılılar II təsnifat mərhələsində Bosniya və Herseqovina klubu “Jelezniçar”ı üstələyib – 2:2, 2:0.

ETOPAZ

Əvvəlki yazı

“Neftçi” “Jelezniçar” səddini keçdi

Növbəti yazı

Adrian Mutu: “Hər oyunda 100 faizimizi meydanda verəcəyimizə söz verirəm”