NBA-da yeni qayda

NBA-da yeni qayda

NBA yeni mövsüm ərəfəsində qaydalarda dəyişiklik edib. Bu, son 2 dəqiqədə yaşanan mübahisəli epizodlara baxılması ilə bağlıdır.

2021/22 mövsümündə yalnız məşqçilərin müraciətindən sonra hakimlər topun meydandan çıxması ilə bağlı epizodu yenidən dəyərləndirəcək. Ötən mövsüm son 2 dəqiqədə komandalardan birinin topa sahib olması ilə bağlı bütün epizodlara yenidən baxılırdı.

Bu üzdən də əksər qarşılaşmaların sonluğu kifayət qədər uzanırdı. Buna görə də NBA rəhbərliyi yalnız məşqçilərin müraciətindən sonra epizoda baxılmasını zəruri sayıb.

ETOPAZ

Əvvəlki yazı

Braziliya finalı

Növbəti yazı

Levandovskidən 18-ci qələbə