Nasser Al-Xelaifi Mbappenin gedişi ilə barışdı

Nasser Al-Xelaifi Mbappenin gedişi ilə barışdı

PSJ-nin hücumçusu Kilian Mbappenin mövsümün sonunda “Real”a keçməsi gözlənilir. Paris klubunun prezidenti Nasser Al-Xelaifi də 23 yaşlı forvardın gedişi ilə artıq barışıb.

Bildirilir ki, rəhbərlik Fransa millisinin üzvü ilə yeni müqavilə məsələsində heç cür ortaq məxrəcə gələ bilmədiyindən, bu məsələdə çox israr etmir. “Kral klubu” Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ ilə cavab görüşündən sonra onunla anlaşdığını bəyan etməyi planlaşdırır.

Bu komandalar arasında ilk görüşdə PSJ məhz Mbappenin yeganə qolu sayəsində 1:0 hesablı qələbə qazanıb. Cavab matçı martın 9-da keçiriləcək.

Qeyd edək ki, Kilian Mbappe bu mövsüm bütün turnirlərdə 32 oyunda 22 qol vurub, 16 məhsuldar ötürmə verib.

ETOPAZ

Əvvəlki yazı

Opelkaya papağını çıxarmadığı üçün cərimə

Növbəti yazı

“Mançester Siti”dən Çili klubuna xəbərdarlıq