Naşondan iki rekord

Naşondan iki rekord

“Denver”in basketbolçusu Naşon Haylend “Leykers”lə görüşün ən məhsuldar oyunçusu olub. Müdafiəçi 133:96 hesablı qələbəyə 27 xalla töhfə verib.

Meydana sonradan daxil olan Naşon 33 dəqiqə keçirdiyi matçda 27 xal toplayıb. Onun oyundan 15 atışından 8-i dəqiq olub. Haylend cərimə atışlarının beşini də xala çevirib. O, 10 ribaund, 2 ötürmə və 2 topalma müəllifi də olub.

Naşon 27 xal toplamaqla özünün şəxsi rekorduna imza atıb. O, həm də ribaund sayında karyerasının rekorduna rəsmiləşdirib.

ETOPAZ

Əvvəlki yazı

Cokoviç “Australian Open”də iştirak etməyəcək

Növbəti yazı

“Barselona” Depayı satmayacaq