“Napoli” Osimhenin qiymətini qaldırdı

“Napoli” Osimhenin qiymətini qaldırdı

“Napoli” oyunçusu ilə bağlı qərarını verib. Neapol klubu “Arsenal” və “Mançester Yunayted”in maraqlandığı hücumçu Viktor Osimhenin qiymətini qaldırıb.

Daha əvvəl yay transfer pəncərəsində 100 milyon avronun 23 yaşlı futbolçunu transfer etmək üçün kifayət edəcəyi bildirilmişdi. Amma indi “Napoli” Osimhenin transferinin qiymətini 120 milyon avroya qaldırıb. Oyunçuya əsas namizədlər “Arsenal” və “Mançester Yunayted”dir.

Bu mövsüm Osimhen neapolluların heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 15 qol vurub və 4 məhsuldar ötürmə verib. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimidir.

ETOPAZ

Əvvəlki yazı

KONKAKAF-da ilin futbolçusu müəyyənləşdi

Növbəti yazı

“Fənərbaxça” Marselonu istəyir