Nadal qolf çempionatında 6-cı oldu

Nadal qolf çempionatında 6-cı oldu


Dünyanın 5-ci raketkası Rafael Nadal özünü başqa sahədə sınayıb. Zədə səbəbindən bir müddət kortlardan kənar qalan tennisçi Balear adalarının qolf çempionatında çıxış edib. Rafael turnirdə 6-cı yeri tutub.
Bu, Nadalın turnirdə ilk sınağı deyil. Ötən il “Rolan Qarros”dakı qələbədən sonra da qolf yarışına qatılan tennisçi 6-cı yeri tutmuşdu.
“Böyük dəbilqə” turnirlərinin 20 qat qalibi olan Nadal zədə səbəbindən mövsümü başa vurub.

ETOPAZ

Əvvəlki yazı

Villianla müqaviləyə xitam verildi

Növbəti yazı

Simeonenin transferləri 1 milyardı keçdi