Murad Musayev yenidən “Qəbələ”də
“Qəbələ” heyətinə daha bir futbolçu qatıb. Bunu klubun mətbuat xidməti açıqlayıb.
“Qırmızı-qaralar” Murad Musayevlə yeni müqavilə imzalayıb. 30 yaşlı müdafiəçi ilə anlaşma 2 il müddətinə nəzərdə tutulub.
Qeyd edək ki, əvvəllər də “Qəbələ”də çıxış etmiş Musayev karyerası ərzində “Zirə” və “Səbail”in də formasını geyinib.