Moyesin “Vest Hem” karyerası təhlükədə

Moyesin “Vest Hem” karyerası təhlükədə

“Vest Hem” baş məşqçi dəyişikliyinə hazırlaşır. Devid Moyesin İngiltərə klubundakı gələcəyi sual altına düşüb.

Mütəxəssis və klub rəhbərliyi arasında ciddi münaqişə baş verib. Buna oyunçu seçimi ilə bağlı fikir ayrılığı səbəb olub.

Moyes Premyer Liqa təcrübəsi olan oyunçular istəyib. O, Ceyms Uord-Praus, Harri Maquayr, Skott Maktominay kimi futbolçuların alınması təşəbbüsü ilə çıxış edib. Lakin rəhbərlik onun istəyinə qarşı çıxıb.

Qeyd edək ki, “Vest Hem” bu gün mövsüm öncəsi son hazırlıq matçını keçirəcək.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Siti”dən transfer rekordu

Növbəti yazı

Günün kuponu – 06.08.2023